Şəhid hərbiçimiz salyanda dəfn olunacaq

Ötən ilin 19-20 sentyabrında Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti leytenant Ülvi Hənifə oğlu Bağırov sabah Salyanda dəfn olunacaq.

Şəhid Salyanın Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ü.Bağırov Salyan şəhərində anadan olub. O, bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Allah rəhmət eləsin!