Siqareti tərgitmək üçün nə etmək lazımdır?

Siqareti elə ilk dəfədən ata biləcəklərini düşünənlər səhv edir. İlk və hətta ikinci cəhddən möcüzə gözləmək olar

ONN media xəbər verir ki, Böyük Britaniya alimləri siqaretdən imtinaya nə qədər vaxt lazım olacağını araşdırıblar.

Siqareti həmişəlik tərgitmək dedikdə, 10 il və daha çox müddət bir dəfə də siqaret çəkməmək nəzərdə tutulur.

Siqareti tərgitmək qərarı alanlar 2 sınaqdan keçir: abstinent sindrom və psixoloji asılılıq. Birincidən orqanizm 3-5 həftəyə keçir və öyrəşə bilir. O sevimli narkotikindən ayrılmağa elə də ciddi yanaşmayacaq.

Eynilə belə alışqanlıq sindromunu narkomanlar da ağrılı keçirir. Bundan sonra psixoloji yenilənmə və alışma dövrü gəlir, xroniki siqaret çəkənlər 80% halda məhz bu mərhələdə ilişir. Çünki barmaqlar intuitiv olaraq siqaret tuturmuş kimi yığılır, ağız isə mövcud olmayan tüstünü sanki üfürməyə başlayır. Ən güclü iradəli insanlar məhz burda dözmür və bir dənə ilə heç nə olmaz deyib, hətta 6 aydan sonra belə qayıda bilərlər.

Ona görə də siqareti tərgitmək üçün sınaq dövrü 7-10 ildir. Bu dövrü keçən bir daha qayıtmır.

10 ili keçmək üçünsə 7 cəhd edilir. Rəyi soruşulanlar məhz 5 və 7-ci cəhddən sonra psixoloiji olaraq da bu sınaqdan çıxdıqlarını bildirir