ONN İnformasiya Agentliyi

Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı
10 Aprel 2024 - 9:06

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.

ONN media xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.

Bundan başqa, saat 09:00-da Ramazan ayının başa çatması münasibətilə Təzəpir məscidində də bayram namazı qılınıb.

Bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png