ONN İnformasiya Agentliyi

Tehran səmasında uçuşlar dayandırıldı

Tehran səmasında uçuşlar dayandırıldı
11 Aprel 2024 - 14:43

Aprelin 10-dan 11-ə keçən gecə saat 00:00-dan Tehran səması bütün uçuşlara bağlı elan edilib.

ONN media xəbər verir ki, bu barədə SEPAH-ın Qüds qüvvələrinə bağlı media orqanı məlumat yayıb.

Bunun raket sınağı ilə əlaqədar olduğu bildirilib.

“Bu İranın cavab əməliyyatları ilə bağlı İsraili çaşdırmaq üçün həyata keçirilən təlimə uyğundur”, – İranın “Aftabnyus” saytı yazıb.

Almaniyanın “Lufthansa” aviaşirkəti də Tehrana olan uçuşları bir günlüyünə təxirə saldığını açıqlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png