ONN İnformasiya Agentliyi

Ərəbistanlı gözəlin yalanı üzə çıxdı

Ərəbistanlı gözəlin yalanı üzə çıxdı
13 Aprel 2024 - 17:16

Səudiyyə Ərəbistanından olan model Rumi Əl-Qahtani Malayziyadakı yarışmadan sonra Kainat gözəli olmaq üçün yarışacağını açıqlayıb.

ONN media xariri KİV-ə istinadən xəbər verir ki, daha sonra məşhur modelin dediklərinin həqiqətə uyğun olmadığı məlum olub.

Belə ki, Səudiyyə Ərəbistanından olan model Rumi Əl-Qahtani bu il ilk dəfə “Miss & Mrs Global Asia” gözəllik yarışmasında ölkəsini təmsil edib.

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə gözəllik yarışmasına qatılan Əl-Qahtani sosial şəbəkədəki paylaşımında “Malayziyada keçirilən “Miss Asia International 2024” müsabiqəsində iştirak etməkdən şərəf duyuram” sözlərini yazıb.

Müsabiqədə yer ala bilməyən model daha sonra sentyabrın 28-də Meksikada keçiriləcək “Kainat gözəli”nə qatılacağını “Kainat gözəli 2024 yarışmasında iştirak etməkdən şərəf duyuram. Bu Səudiyyə Ərəbistanının ilk dəfə Kainat Gözəli Müsabiqəsində iştirak edəcəyi deməkdir”, – sözləri ilə açıqlamışdı.

Lakin bu açıqlamadan qısa müddət sonra Miss Universe rəhbərliyi model Rumi Əl-Qahtaninin iddiasının doğru olmadığını bildirib.

“CNN International”da yer alan xəbərə görə, Səudiyyə Ərəbistanında müsabiqədə iştirak üçün heç bir seçim proses aparılmayəb və bu kimi iddialar çaşdırıcı xarakterlidir.

“Miss Rumy əl-Qahtani-nin niyə namizədliyini elan etdiyini bilmirik, lakin o, Səudiyyə Ərəbistanı müsabiqəsində iştirak etmək istəsə, bütün digər namizədlərlə eyni seçim prosesindən keçməli olacaq”, – Miss Universe sözçüsü deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png