ONN İnformasiya Agentliyi

Kürdəmirdə ağır yol qəzası olub

Kürdəmirdə ağır yol qəzası olub
13 Aprel 2024 - 19:49

Kürdəmirdə baş verən zəncirvarı yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb.

ONN media  xəbər verir ki, dəhşətli yol qəzası Ağsu-Kürdəmir-İmişli yolunda, Kürdəmirin Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, ikisi minik avtomobili olmaqla, bir yük maşını toqquşub.

Qəza nəticəsində sürücülərdən biri İmişli rayon Telişli kənd sakini 70 yaşlı Əliəşrəf Mövsümov hadisə yerində ölüb.

Xəsarət alan digər sürücü və sərnişinlər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png