ONN İnformasiya Agentliyi

Çəkilmiş ət alarkən necə aldanmayaq?

Çəkilmiş ət alarkən necə aldanmayaq?
13 Aprel 2024 - 22:00

Ətin 1 kiloqramı 16-18  manat civarında təklif edilir… Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır…

ONN media xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi, ətin özündən 3-4 manat ucuzdur. Halbuki, farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır.

Sakinlərin bu məsələ ilə bağlı fikri birmənalı deyil.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, çəkilmiş yəni farş ət adətən ətin çıxıntılarından hazırlandığı üçün ucuz təklif edilə bilir. Lakin bəzi hallarda farş ətin ucuz olmasının başqa səbəbləri də olur.

Mütəxəssis onu da əlavə edib ki, mövcud  qaydalara görə çəkilmiş ətin baytarlıq arayışı olmalıdır. Həmin sənəddə də nə əti olması və hansı səbəbdən çəkilməsi göstərilməlidir. Məsləhət görülür ki, çəkilmiş ət alan vətəndaşlar mütləq həmin arayışı satıcıdan tələb etsinlər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png