Türkiyədə zavodda güclü yanğın oldu

Türkiyədə Kocaelinin Başiskələ rayonunda sintetik yağ istehsal edilən müəssisədə güclü yanğın baş verib.

ONN media xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, hadisə yerinə polis, xilasetmə və tibb briqadaları göndərilib.

Yanğın qısa müddətdə söndürülsə də müəssisəyə ciddi ziyan dəyib.