Müzakirələrə səbəb olan gəlinlik neçiyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub.

Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. 

Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğun bilən istifadəçilər qiyməti ilə maraqlanıblar. 

Libas ümumilikdə 1 200-1 300 manata başa gəlib.

Gəlinlik yerli atelyelərdən birində Sevil üçün özəl hazırlanıb və kirayə verilib. Kirayə haqqı 550 AZN olan libasın satış qiyməti isə 1 600 AZN-dir. 

Qeyd edək ki, bu gün Sevilin Türkiyədə oğlan toyudur.