ONN İnformasiya Agentliyi

İranın atdığı raketlər İsrailə nə qədər ziyan vurub?

İranın atdığı raketlər İsrailə nə qədər ziyan vurub?
15 Aprel 2024 - 14:07

İran ordusunun ötən gün İsrailə atdığı raketlərdən 9-u “Dəmir qübbə” RƏM sistemini keçərək iki hava bazasını düşüb.

Bu barədə “ABC News” məlumat yayıb. 

Məlumata görə. 5 raket “Navatim” aviabazasına düşüb və “C-130” nəqliyyat təyyarəsini zədələyib.

İranın 4 ballistik raketi isə Negevdəki ikinci hava bazasını vurub.

Rəsmi Təl-Əviv İranın raket hücumu ilə bağlı açıqlayıb ki, təhdidlərin 99%-i dəf edilib.

“Politico” nəşri yazır ki, hücumdan sonra Bayden İranı münaqişəni gərginləşdirməyə təhrik etməmək üçün xalqa müraciət etməmək qərarına gəlib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png