ONN İnformasiya Agentliyi

Nazirdən bu məsələ ilə bağlı ŞAD XƏBƏR

Nazirdən bu məsələ ilə bağlı ŞAD XƏBƏR
16 Aprel 2024 - 12:21

Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir.

ONN media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bölgələrimizin bir çoxunda müasir məktəblər tikilir:

“Hazırda Xocalı şəhərindəki məktəbin işi tamamlanır, həm Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir. İşlər əhalinin köçürülməsinə görə aparılır. Bilirsiniz ki, Kərkicahan qəsəbəsinə köç planlaşdırılır. Bu mənada biz hazırıq.

Eyni zamanda, Qarabağ Universitetində tələbələrimizi sentyabrın 15-də böyük səbirsizliklə gözləyirik. Təbii ki, oraya gələn şəxslərin övladları üçün də məktəb təminatı olacaq. Ümid edirik ki, ən qısa zamanda həmin məktəbin məzunları bizi sevindirəcəklər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png