ONN İnformasiya Agentliyi

Gecə yatmazdan öncə banan qabığı yeməyin inanılmaz faydaları var imiş

Gecə yatmazdan öncə banan qabığı yeməyin inanılmaz faydaları var imiş
18 Aprel 2024 - 14:21

Sağlamlığa bir çox faydası olan banan desertlərin əvəzolunmaz meyvəsidir. Bununla belə, təkcə bananın özü deyil, bütün bu müddət ərzində zibil bilib atdığımız qabığı da çox faydalıdır.
ONN media xarici KİV-ə istinadən yatmazdan əvvəl bir bananın qabığını yeməyin orqanizmə olan faydalarını təqdim edir:Banan ümumiyyətlə bədənə enerji verən, toxluq hissi yaradan və mədə xəstəliklərinə çox faydalı olan meyvə kimi tanınır.Banan qabıqları şokolad təsiri bağışlayır və bu səbəbdən də zərərli qidalarla vidalaşmaq imkanı verir.Araşdırmaya görə, yatmazdan əvvəl 2 banan qabığı istehlakı serotonin səviyyəsini 15% artıraraq xoşbəxtlik hissinə töhfə verə bilər. Banan qabığı xoşbəxtlik hormonu ilə zəngin olduğu üçün əhvalınızı yaxşılaşdırmaqda çox təsirli olacaq.Bundan əlavə, xoşbəxtlik hormonu ifraz etməklə yanaşı, yüksək qida dəyəri ilə bədəninizə faydalı olan qidaları asanlıqla mənimsəməyinizə imkan verir.Banan qabığını müxtəlif üsullarla istifadə edə bilərsiniz. Qabıqları yaxşıca yuduqdan sonra onları qarışdıra və ya kiçik parçalara kəsə bilərsiniz. Banan qabıqlarını süd, qatıq və ya desertlərə əlavə edərək istehlak olunur. İstəsəniz, dadını artırmaq üçün bal, darçın və kakao əlavə edə bilərsiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png