İzmirdə zəlzələ baş verdi

Türkiyənin İzmir şəhərinin Səfərhisar rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yerin 6,9 kilometr dərinliyində meydana gələn zəlzələnin episentri Seferihisar rayonundan 27,65 kilometr məsafədə, Egey dənizində olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.