ONN İnformasiya Agentliyi

Bakı Fransız Liseyi niyə bağlanır?

Bakı Fransız Liseyi niyə bağlanır?
19 Aprel 2024 - 15:40

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır.

Bildirilib ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu liseyin ləğv olunması haqqında qərar qəbul edib.

Məlumata görə, 320 şagird üçün nəzərdə tutulan məktəb, bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmayıb, 200 nəfərlik baryeri (60%) keçə bilməyib, bu isə öz növbəsində məktəbin rentabelliyinə ciddi şəkildə təsir göstərib və təsisçi öz büdcəsindən hər il BFL-in fəaliyyətinin davam etdirməsi üçün əlavə xərcləri qarşılamaq məcburiyyətində qalıb.

“Qeyd olunanları nəzərə alaraq cari vəziyyətdə BFL-in bundan sonrakı fəaliyyətini davam etdirməsi təsisçi tərəfindən mümkünsüz hesab edilib. BFL-də tədris ilinin iyulun 1-də başa çatacağını nəzərə alaraq şagirdlər təhsil proqramının sonuna qədər təhsillərini davam etdirəcək və ləğv olunma haqqında qərar yalnız iyulun 1-dən qüvvəyə minəcək”, – məlumatda bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png