ONN İnformasiya Agentliyi

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi…

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi…
20 Aprel 2024 - 10:14

Ermənistan Qazaxın anklav olmayan 4 kəndini qaytarmaqla bir məsələni də aktuallaşdırmağı planlaşdırır: sərhədlərin delimitasiyasında 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanmaq;

İrəvan bununla bir neçə hədəfə çatmağı hesablayır:

– Delimitasiya prosesində keçmiş xəritələri gündəmdən çıxarmaq;

– Delimitasiyanı SSRİ dağılanda mövcud olan xətlərə uyğun aparmaq;

– “Güzgü prinsipi”ni qəbul etdirmək və Azərbaycan qoşunlarının 44 günlük müharibədən sonra çıxdığı strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmaq;

Delimitasiya komissiyalarının razılaşmasına bu məsələ daxil edilib: “Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər”. Beləliklə, Ermənistan delimitasiya planında bu razılaşmanı istinad nöqtəsi kimi istifadə etmək istəyir.

Rəsmi Bakı bunu bildiyi üçün razılaşmaya mühüm bir əlavə daxil edib. Razılaşmanın “delimitasiya prosesində Alma-Ata bəyannaməsinə əsaslanacaq” hissəsində qeyd olunur ki, “əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq”.

Bu o deməkdir ki:

1. Delimitasiya prosesində Alma-Ata bəyannaməsi Qazaxın kəndlərinin qaytarılması məsələsində keçərlidir, sərhədin digər hissələrinin müəyyənləşməsində qüvvədən düşə bilər;

2. “Güzgü prinsipi” – qoşunların geri çəkilməsi məsələsi qəbul edilmir;

3. Azərbaycan keçmiş xəritələri – sovetləşmə dövründə Ermənistana bağışlanmış ərazilərimizlə bağlı məsələni aktual olaraq saxlayır;

4. Sülh sazişi mətninə delimitasiyanın keçmiş xəritələrə əsaslanması məsələsi daxil edilə və bu razılaşmanın “Alma-Ata bəyannaməsinə əsaslanması” bəndi dəyişdirilə bilər;

Razılaşmaya bu qeydin daxil edilməsi Ermənistanın delimitasiya planında “istinad nöqtəsi”ni əlindən alır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png