Cavanşir Məmmədovla vida mərasimi başa çatdı

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.

ONN media xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.

Vida mərasimində sənətçinin ailə üzvləri, qohumları, sənət yoldaşları iştirak ediblər.

O, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.