Bir neçə dəqiqə sonra ən maraqlı ana şahid olacağıq

Bu həftəsonu Lirida adlı “ulduz yağışı” (meteor yağışı) yaz mövsümündə pik həddinə çatacaq.

Aprelin 14-dən başlayan Lirida “ulduz yağışı” aprelin 30-dək davam edəcək, lakin bir neçə gecə onu tam şəkildə müşahidə etmək olacaq.

Alimlərin fikrincə, Lirida yağışı C/1861 G1 Tetçer kometasından əmələ gəlir. İlk dəfə eramızdan əvvəl 687-ci ildə Çində aşkar olunan bu ulduz yağışı ən qədim müşahidə tarixinə malik ulduz yağışlarındandır.

Liridanın pik həddi aprelin 21-22-də baş verəcək və bu zaman saatda 18-ə qədər meteoru görmək mümkün olacaq. Müşahidə üçün teleskoplara və durbinlərə ehtiyac olmayacaq. Belə ki, ulduz yağışını adi gözlə izləmək olacaq.

Ulduz yağışının özəlliyi ondan ibarətdir ki, onun hissəcikləri çox zaman səmada arxasınca izlər buraxır, bəzən isə hətta parlaq alov toplarına çevrilir