ONN İnformasiya Agentliyi

İran İsrailnən hücuma necə cəsarət etdi?

İran İsrailnən hücuma necə cəsarət etdi?
21 Aprel 2024 - 10:27

İran nüvə silahı hazırlamaq ərəfəsindədir: bu, bir neçə həftə çəkə bilər.

ONN medi xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti ekspertlərə istinadən məlumat yayıb.

Bonn Universitetinin Qabaqcıl Təhlükəsizlik, Strateji və İnteqrasiya Araşdırmaları Mərkəzinin direktoru Ulrix Şli nəşrə bildirib ki, İran atom silahı istehsal etməyə çox yaxındır:

“Bunu xüsusən də İranın bundan əvvəl İsrailə genişmiqyaslı hücuma qərar verməsi, İsrail istiqamətində pilotsuz təyyarələr və raketlər buraxması sübut edir. Beləliklə, Tehran göstərdi ki, İsrailin mümkün cavabından sonra hətta nüvə silahından istifadə ilə hücum etmək üçün bütün variantları və imkanları var”.

İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan İran üzrə eksperti Sima Şayn da bildirib ki, bir həftə ərzində İran atom bombası istehsal etmək üçün kifayət qədər urana malik ola bilər.

“Vaşinqton Post” isə məxfi sənədlərə istinadla qeyd edib ki, İran nüvə silahı yaratmağa həmişəkindən daha yaxındır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png