Bu ölkədə sunami təhlükəsi var?

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Hualien bölgəsindən 51 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi təsdiqlənməyib.