Erməni idmançı üzərində daha bir qələbə

Azərbaycan boksçusu Anaxanım İsmayılova (48 kq) Serbiyanın paytaxtı Belqradda davam edən Avropa çempionatında Ermənistandan olan rəqibini məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

ONN media xəbər verir ki, milli üzvü 1/8 final döyüşünü uğurla başa vurub.

Anaxanım İsmayılova Lusine Gevorqyana qalib gəlib.