ONN İnformasiya Agentliyi

Ərdoğandan Ermənistana xəbərdarlıq: “Fürsət qapıları həmişə açıq qalmır”

Ərdoğandan Ermənistana xəbərdarlıq: “Fürsət qapıları həmişə açıq qalmır”
23 Aprel 2024 - 14:15

“Artıq regionda yeni bir nizam qurulur”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkət etmək həmişə daha yaxşıdır.

“İndi Paşinyan da bunu başa düşür”, – deyə o vurğulayıb.

Ərdoğanın sözlərinə görə, onlar bu məsələ ilə bağlı çox açıq danışıblar.

“İndi yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onları əsarətə saldığı qaranlıqdan xilas olacaq. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı müddətcə ondan düzgün istifadə etmək lazımdır. Bu prosesdə təkcə diaspor deyil, başqaları da, gördüyünüz kimi, Ermənistana təsir göstərməyə çalışırlar. Biz bunlardan xəbərdarıq. Biz də vaxtaşırı xəbərdarlıqlar etdik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayar”, – deyə o bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png