Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapıldı

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 23-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 2 tüfəng, 1 qumbaraatan, 4 qumbara, 19 patron darağı, 3 mərmi, 1410 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.