ONN İnformasiya Agentliyi

Türkiyə XİN-dən bu məsələyə reaksiya

Türkiyə XİN-dən bu məsələyə reaksiya
24 Aprel 2024 - 19:37

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bəzi səlahiyyətlilər tərəfindən 1915-ci il hadisələri ilə bağlı “bəzi radikal dairələri razı salmaq” məqsədi ilə səsləndirilən birtərəfli bəyanatları rədd etdiklərini bildirib.

Nazirlik 1915-ci il hadisələri ilə bağlı bəzi ölkələrin səlahiyyətlilərinin verdiyi bəyanatlara dair yazılı açıqlama verib.

“Bəzi radikal dairələri razı salmaq üçün 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli bəyanatları rədd edirik. Tarixi faktları təhrif edən bu bəyanatlar həm də beynəlxalq hüquqa ziddir. Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə mövzusu olduğunu açıq şəkildə qeyd edib.

Tarixlə bağlı bu qərəzli və birtərəfli bəyanatlar iki cəmiyyət arasında barışıq səylərinə zərər vurmaqla yanaşı, həm də nifrət cinayətləri törətməyə meyilli radikal qrupları da təşviq edir. Bütün tərəfləri Birgə Tarix Komissiyasının yaradılması təklifimizi və Ermənistanla başladılan normallaşma prosesini dəstəkləməyə çağırırıq”, – deyə açıqlamada bildirilib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png