ONN İnformasiya Agentliyi

Bu gün Xalq artisti Həmidə Ömərovanın doğum günüdür

Bu gün Xalq artisti Həmidə Ömərovanın doğum günüdür
25 Aprel 2024 - 13:22

Bu gün Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Həmidə Ömərovanmın doğum günüdür.

Aktrisa Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub.

1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

1979-1993-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.

Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində iştirak edib.

Kino haqqında “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarının müəllifidir.

1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalı verlişinin aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifi olub.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsüdür.

Həmidə Ömərova Şəfiqə (“Qızıl uçurum” filmində), Zümrüd (“Yol əhvalatı”), Zeynəb (“Babamızın babasının babası”), Telli (“Qorxma, mən səninləyəm”), Afaq (“Nizami”), Nazlı (“Şirbalanın məhəbbəti”), Zivər (“Doğma sahillər”) və s. obrazlar yaradıb.

1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Peşəkar aktrisa indi televiziya seriallarında çəkilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png