ONN İnformasiya Agentliyi

“Lamborgini” ilk hibrid avtomobilini təqdim etdi

“Lamborgini” ilk hibrid avtomobilini təqdim etdi
26 Aprel 2024 - 8:15

“Lamborghini” şirkəti hibrid güc sisteminə malik ilk “Urus SE” avtomobilini təqdim edib.

ONN media xəbər verir ki, bu barədə İtaliyanın avtomobil istehsalçısı şirkətinin mətbuat xidməti məlumat yayıb.

Yeni avtomobilin güc sistemi elektrik mühərrikli transmissiyaya malik 4 litrlik V8 mühərrikindən ibarətdir. “Urus SE” birinci yüz metri 3,4 saniyəyə, ikinci yüz metri isə 11,2 saniyəyə qət edə bilir. Avtomobil maksimum 312 km/saat sürət yığmaq gücündədir.

Dartma elektrik batareyası 25,9 kVt/saat həcmə malikdir. Akkumulyator elektrik dartma qüvvəsindən istifadə etməklə 60 km-ə qədər məsafə qət etməyə imkan verir.

Dizayn olaraq yenilənmiş ön hissə, bamperlər, diffuzor və optika ilə fərqlənir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png