ONN İnformasiya Agentliyi

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
26 Aprel 2024 - 10:22

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq.

ONN media-nın əldə etdiyi məlumata əsasən, tədbir təntənəli şəkildə qeyd olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 30-da Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.

Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində separatizmə son qoyub və suverenliyini tam olaraq təmin edib.

Bundan sonra isə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac qalmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png