Bakının bu rayonlarında qaz olmayacaq

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.

ONN media-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə rayonun Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Hüseynqulu Sarabski, Mərdanov Qardaşları, Hənifə Ələsgərov, Allahyar Nəsibov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq