Təmas xətti olmuş ərazidə mina partladı

Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib.

Bu barədə  Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.

Qeyd edək ki, mina partlayışı nəticəsində xəsarət alan şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu bildirilir.

***

Aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb.

Baş Prokurorluqdan verilən məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılovun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.