ONN İnformasiya Agentliyi

Azərbaycanda “Analar Günü” təsis oluna bilər

Azərbaycanda “Analar Günü” təsis oluna bilər
03 May 2024 - 13:56

Cəmiyyətimizdəki müzakirələr nəticəsində Azərbaycanda “Analar Günü”nün təsis olunması məsələsinə baxıla bilər. 

ONN media xəbər verir ki, bunu report-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir: “Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart – Beynəlxalq Qadınlar Gününü elə “Analar Günü” kimi də qeyd edirik”. B.Muradova qeyd edib ki, Azərbaycanda “Analar Günü”nün təsis olunması ilə bağlı bəzən fikirlər səsləndirilir: “Əgər cəmiyyətdə müzakirələr nəticəsində hamı düşünsə ki, biz mütləq belə bir günü qeyd etməliyik, onda biz bu məsələyə baxa bilərik. Lakin hələlik bu məsələ o qədər də intensiv müzakirə edilmir. Hər halda bu qərar cəmiyyətin istəyinə bağlı olacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png