“Qarabağ” və “Neftçi” cərimələndi

AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi” klublarını cərimələyib.

ONN media xəbər verir ki, buna komandalar arasında Premyer Liqanın XXXIII turunda baş tutan oyunda yaşananlar səbəb olub.

04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 52.1);

04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununun 78-ci dəqiqəsində “Neftçi” klubunun 44 nömrəli futbolçusu Yuri Matias hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Neftçi” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);

04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

04.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIII turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən 10 ədəd oturacağın sındırılmasına görə stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödənilsin (maddə 54.2);