Uşaqlar arasında yeni virus yayılıb – VALİDEYNLƏRƏ VACİB MƏSLƏHƏTLƏR

Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb. Streptokok infeksiyası olan xəstəliyə yoluxan azyaşlılar boğaz ağrısı və hərarətdən əziyyət çəkirlər.  

ONN media-nın məlumatına görə, xəstəliyə yoluxmamaq və ya düzgün müalicə olunmaq hamının cavab axtardığı suallardandır. 

Bu məqsədlə Səhiyyə Nazirliyinə müraciət etdik və qurumdan xəstəliklə bağlı məlumatlar aldıq. Nazirliyin sorğusuna cavab olaraq göndərdiyi cavabı təqdim edirik:

“Son günlər uşaqlar arasında yayılan Streptokok infeksiyası ilə bağlı müalicədə nələrə diqqət etmək lazımdır?

Pandemiya zamanı xüsusi karantin rejiminin tətbiqi, maskalardan geniş istifadə bir sıra infeksiyalara o cümlədən streptokok infeksiyasına yoluxma hallarının azalmasına səbəb olub. Streptokok infeksiyası əsasən hava damcı və kontakt yolu ilə ötürülür. Bundan əlavə streptokokka yoluxma əldə və ayaqda olan kiçik yaralar vasitəsi ilə də baş verə bilər. Əsasən xəstəlik angina və boğaz ağrısı ilə özünü göstərir.

Yoluxmamaq üçün hansı addımlar atılmalıdır?

Ağırlaşmanın qarşısını almaq və infeksiyanın yayılmasını məhdudlaşdırmaq üçün dərhal həkimə müraciət edilməli və antibakterial terapiya başlanılmalıdır. Xəstəlik geniş yayıldıqda profilaktikası məqsədilə xəstə insanlarla təmas qurmamaq və şəxsi gigiyena qaydalarına ciddi riayət etmək tövsiyə olunur”.