Ermənistanda etirazlar: İrana gedən yol bağlandı

Ermənistan-İran dövlətlərarası yolu hazırda Gorusdakı “Zənger” abidəsi ərazisində bağlıdır.

ONN media xəbər verir ki, bu barədə “Ayakwe” təşəbbüsünün Telegram səhifəsində məlumat verilib.

Xatırladaq ki, Ermənistan Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının yürüşü ötən gün İrəvana gəlib. Respublika meydanında mitinq keçirilib, arxiyepiskop xalq adından baş nazirin istefası tələbini irəli sürüb.

Etirazçılar bu gün saat 18:30-da Respublika meydanında mitinq planlaşdırır.