ONN İnformasiya Agentliyi

Şagirdini döyən məşqçinin cəzası açıqlandı

Şagirdini döyən məşqçinin cəzası açıqlandı
10 May 2024 - 22:18

Orenburqda keçirilən turnirdə şagirdini döyən məşqçi ömürlük cəza alıb.

ONN media xəbər verir ki, bu barədə Dağıstan Güləş Federasiyasının prezidenti, Rusiya Güləş Federasiyasının vitse-prezidenti Ömər Murtuzəliyev məlumat verib

“Məşqçi ömürlük diskvalifikasiya olunub. Törədilən hərəkət qeyri-insani idi. Bu, özəl klub məşqçisidir. Dağıstanın idman nazirinə məktub yazdım. O, bir daha idman zallarında belə halların görünməməsi üçün tədbirlər görəcək”, – funksioner bildirib.

Xatırladaq ki, tələbəsini döyən məşqçinin Alaudin Atayev olduğu üzə çıxıb. O, yarışda uduzduqdan sonra uşağı vəhşicəsinə döyüb. İşin araşdırılmasına hüquq-mühafizə orqanları da cəlb olunub.

Qeyd edək ki, yeniyetmənin əynində “AZE” loqolu köynək diqqət çəkmiş, onun azərbaycanlı olduğu düşünülmüşdü.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png