ONN İnformasiya Agentliyi

Ölüm xəbəri yayılan Murad Muradovun səhhəti ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Murad Muradovun səhhəti ilə bağlı AÇIQLAMA
11 May 2024 - 13:18

Vəfat etdiyi deyilən tədbir aparıcısı, şoumen Murad Muradovun səhhəti ilə bağlı vəziyyət açıqlanıb.

ONN media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən “Qafqazinfo” ​sorğusuna cavab olaraq bildirilib ki, ​hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir:

“Mayın 6-sı saat 07:50-də 1986-cı il təvəllüdlü Quba rayonu Zərdabi kənd sakini Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirilib. Xəstəyə sol orta beyin arteriyasında işemik insult, sağ tərəfli dərin hemiparez, qıcolma sindromu diaqnozu təyin edilib. Zəruri müayinələr aparıldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”.

Qeyd edək ki, 38 yaşlı M.Muradov 5 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirib. O, bir sıra televiziya kanallarında müxbir və aparıcı kimi çalışıb, Şimal regionundakı tədbirlərdə daim aparıcı kimi iştirak edib. Eyni zamanda gənc yazıçı kimi də tanınır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png