ONN İnformasiya Agentliyi

Braziliyada daşqınlar oldu- ÖLƏNLƏR VAR

Braziliyada daşqınlar oldu- ÖLƏNLƏR VAR
12 May 2024 - 20:32

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində günlərdir davam edən güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 143-ə yüksəlib.

ONN media xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilir.

Mülki Müdafiə Agentliyinin son hesabatına əsasən, təbii fəlakətdən 1,4 milyondan çox insan zərər çəkib, 125 nəfər itkin düşüb. Eyni zamanda hökumət böhranla mübarizə üçün 12,1 milyard real (2,34 milyard ABŞ dolları) ayırıb.

Rio Qrande-do-Sul ştatının qubernatoru Eduardo Leyte baş verən fəlakəti bölgə tarixindəki ən dəhşətli faciə adlandırıb. Belə ki, ştatın 10,9 milyon əhalisindən 537 mini evlərini tərk etməyə məcbur qalıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png