ONN İnformasiya Agentliyi

Sədərək Ticarət Mərkəzində yanğın baş verib? – Rəsmi

Sədərək Ticarət Mərkəzində yanğın baş verib? – Rəsmi
13 May 2024 - 10:36

Xəbər verdiyimiz kimi, Teleqram kanallarında Sədərək Ticarət Mərkəzində mebel sexlərindən birində yanğının başlaması barədə görüntü paylaşılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğınla bağlı hər hansı çağırış daxil olmasa da, yanğınsöndürmə briqadaları əraziyə cəlb edilib, lakin mebel anbarında hər hansı bir yanğın qeydə alınmayıb:

“Sözügedən videogörüntüdə göstərilən ərazidə yerləşən mebel anbarında hər hansı yanğın hadisəsi baş verməyib. Sadəcə olaraq sahibkar kiçik bir sahədə məişət tullantılarını yandırıb. Həmin yanğın isə ətrafdakı insanlar tərəfindən söndürülüb. Yanğınsöndürmə briqadalarının müdaxiləsinə heç bir ehtiyac qalmayıb”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png