Prezidentin yüksək vəzifə verdiyi general kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Müşfiq Məmmədov müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.

ONN media xəbər verir ki, Müşfiq Məmmədov Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. Zabitimiz, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib.

M.Məmmədov 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

2023-cü ilin noyabrında Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor rütbəsi verilib.