ONN İnformasiya Agentliyi

May ayında baş verən anomal soyuqların səbəbləri açıqlanıb

May ayında baş verən anomal soyuqların səbəbləri açıqlanıb
13 May 2024 - 14:50

Bu may, daha doğrusu onun ilk ongünlüyü Rusiyanın Avropa hissəsində meteoroloji müşahidələrin bütün tarixində ən soyuq ay olub.

ONN media xəbər verir ki,  bunu, Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

O, bu dövrdə bölgəni Şimal Buzlu Okeanından soyuq hava kütlələrini cəlb edən huni ilə müqayisə edib.

“Müxtəlif işarələrə malik iki mərkəz – Moskvanın qərbindəki antisiklon və Moskvanın şərqindəki siklon Şimal Buzlu Okeanın soyuq hava kütlələrinin geri çəkilməsi və adveksiyası üçün şərait yaradıb”, – Vilfand deyib.

Sinoptik bu vəziyyəti nadir hava hadisəsi adlandırıb. Nəticədə, Qara dənizdən, Novaya Zemlyadan, Laptev dənizindən, Şərqi Sibir dənizindən, yəni çox soyuq rayonlardan gələn hava kütlələrinin təsiri ilə ayın əvvəlində havanın temperaturu normadan 8-10° aşağı düşüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png