Zaqatalada ağır qəza olub- ÖLƏNLƏR VAR

Zaqatalada baş verən ağır qəza ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Şəki regional qrupundan bildirilib ki, mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində VAZ-21013 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Şevrolet” markalı avtomobilə çırpılıb. Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.