Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib.

ONN media xəbər verir ki, o, bu barədə “Instagram” səhifəsində paylaşım edib.

Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:

“Dostlar, son iki gündə telefonlara cavab verə bilmirəm, üzrlü hesab edin. Sırf səhhətimlə əlaqədardır. Yaxın günlərdə hər şey normala dönəcək”.