ONN İnformasiya Agentliyi

Pakistanda güclü partlayış baş verib

Pakistanda güclü partlayış baş verib
14 May 2024 - 19:17

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb.

ONN media xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb.

Məlumata görə, Əfqanıstanla həmsərhəd olan Hayber Pahtunhva əyalətinin şimal-qərbindəki Cənubi Vəziristan dairəsində yerləşən Tanqi Badinzay rayonunda yaşayış binasına əldəqayırma partlayıcı qurğu yerləşdirilib və partlayıcı məsafədən idarə olunan qurğu ilə işə salınıb.

Son məlumatlara görə, partlayış nəticəsində azı 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlər arasında iki qadın və bir uşaq da var.

Hadisə yerində araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png