ONN İnformasiya Agentliyi

Ətin qiyməti yenidən bahalaşacaq?

Ətin qiyməti yenidən bahalaşacaq?
14 May 2024 - 21:50

Hər il yaz mövsumündə ucuzlaşan ətin bu dəfə qiyməti enmir.

ONN media xəbər verir ki, hazırda bazarlarda quzu əti 18-19 manata, dana əti isə 14-15 manata təklif olunur.

Satıcılar deyirlər ki, ətin qiyməti qalxmaqda davam edəcək, çünki yem bahadır, mövsümi ucuzlaşma isə gözlənilmir.

Onların sözlərinə görə, bahalığın səbəblərindən biri də bazar alverçilərinin fəallaşmasıdır. Bu gün fərdi təsərrüfatlarda yetişdirilən hey­vanları birbaşa satmaq, demək olar ki, mümkün deyil. Çünki alverçilər buna imkan vermirlər. Onlar da aldıqları heyvana əlavə qiymət qoyurlar.

İqtisadçı Elman Sadıqov bildirib ki, Azərbaycanın idxaldan asılılığı artır. Elə buna görə də, ətin qiymətinin mövsümi enməsi real görünmür.

Ekspertlər hesab edirlər ki, Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər. Bu zaman qiymətlərdə enmə daha çox müşahidə edilə bilər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png