ONN İnformasiya Agentliyi

22 yaşlı tələbəni sevgilisi boğaraq öldürüb

22 yaşlı tələbəni sevgilisi boğaraq öldürüb
15 May 2024 - 19:16

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbəsi Könül Ramin qızı Ağayeva qətlə yetirilib.

ONN media xəbər verir ki, onun boğularaq öldürüldüyü iddia edilir.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, 22 yaşlı Könül sevgilisi tərəfindən qətlə yetirilib.

Belə ki, tələbə xanım ailəli olub. O, azyaşlı uşağını ərinin üstünə ataraq, evi tərk edib. Hadisə baş verən gün ailə qurmazdan öncə sevgili olduğu qrup yoldaşı ilə görüşüb. Oğlandan tələb edib ki, onunla evlənsin. Dava zamanı oğlanın başına külqabı çırpıb, onu söyüb, oğlan da onu naqillə boğaraq öldürüb. Sonra isə zirzəmidə basdırıb.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png