ONN İnformasiya Agentliyi

Məşhur müğənninin mülkləri ilə bağlı qərar verildi

Məşhur müğənninin mülkləri ilə bağlı qərar verildi
16 May 2024 - 11:53

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb

ONN media xəbər verir ki, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rəqsanə İsmayılovanın külli miqdarda borcu olduğuna görə Goranboy rayonunda və digər ərazilərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png