ONN İnformasiya Agentliyi

Bu ərazi niyə hasarlanıb?- RƏSMİ

Bu ərazi niyə hasarlanıb?- RƏSMİ
16 May 2024 - 18:16

Paytaxtın Xaqani, Qoqol, Rəsul Rza, Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən “Xaqani” parkının (keçmiş “Molokan” bağı) Fəvvarələr meydanına çıxışı hissəsində ticarət mərkəzinin yanı ilə dəmir sədd çəkildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

ONN media-nın sorğusuna cavab verən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məsələyə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, əraziyə çəkilən dəmir lövhələrin səbəbi orada aparılması nəzərdə tutulan abadlıq işləri ilə bağlıdır:

“Baki şəhər İcra hakimiyyətindən bildirildi ki, hazırlanmış xüsusi layihə əsasında “Xəqani” bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri əsasında aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png