ONN İnformasiya Agentliyi

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək
18 May 2024 - 12:46

Azərbaycanda yeni tədris ilində iki yeni universitetin açılması qəbul ballarına təsir edəcək.

ONN media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

DİM sədri bildirib ki, keçid balları ali məktəbə, ixtisasa və verilən plan yerlərinə uyğun müəyyənləşir: “Bu il şagird sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər”.

Qeyd edək ki, yeni tədris ilində iki yeni ali təhsil müəssisəsi – Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png