ONN İnformasiya Agentliyi

DİQQƏT- Ermənilərə buna görə vaxt verildi

DİQQƏT- Ermənilərə buna görə vaxt verildi
18 May 2024 - 19:50

Ermənistanın Azərbaycanla həmsərhəd Kirants kəndində iki evin sakinlərinə iyunun 24-dək evlərini tərk etmək əmri verilib.

ONN media xəbər verir ki, bu barədə “Sputnik” agentliyi kənd sakinlərindən biri Artak Kazaryana istinadən məlumat yayıb.

“Sərhəddə yerləşən Kirants kəndində iki evin sakinlərinə evlərini boşaltmaq üçün iyunun 24-dək vaxt verilib: kəndin bu hissəsi Ermənistan-Azərbaycan sərhədinin o tayında qalır”, – agentlik Kazaryandan sitat gətirib.

Qeyd edək ki, mayın 15-də Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə Dövlət Komissiyalarının iclası keçirilib, bundan sonra protokol imzalanıb. Delimitasiyadan sonra Kirants kəndində iki evin, bir mağaza və bir qarajın Azərbaycan ərazisinə düşdüyü məlum olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png