ONN İnformasiya Agentliyi

Kürdə suyun səviyyəsinin artması ətraf rayonlara necə təsir edəcək? – AÇIQLAMA

Kürdə suyun səviyyəsinin artması ətraf rayonlara necə təsir edəcək? – AÇIQLAMA
20 May 2024 - 16:20

Kürdə suyun səviyyəsi artıb. Bunun səbəbi isə son günlər havaların qeyri-sabit keçməsidir. Mütəxəssislər yağışlı hava şəraitinin çayın aşağı axınına ciddi təsir göstərdiyini qeyd edirlər.

Təkcə son 10 gün ərzində Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 1,5 metrə qədər yüksəlib. Prosesin davam etməsi və çayda artımın stabil tempi yaxın vaxtlarda qrunt sularının səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.

Bəs suyun səviyyəsinin artımı ətraf rayonlarda su problemi olan ərazilərə nə kimi təsir edəcək?

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin baş məsləhətçisi Sarvan Ağayev açıqlamasında bildirib ki, əvvəlki illərdə iqlim dəyişikliyi ilə əlaqədar havaların isti və quraq keçməsi nəticəsində anbarlarda su ehtiyatı azalıb:

“Artıq son iki ildir ki, havaları yağışlı keçməsi nəticəsində çaylarda suyun səviyyəsi artıb və su anbarlarına toplanan sularda da kifayət qədər artım müşahidə olunur. Təkcə Mingəçevir su anbarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard kubmetrdən artıq su ehtiyatı toplanıb. Hazırda əkin sahələrinin suvarma mövsümü olduğu nəzərə alınaraq, Mingəçevir su anbarından Kür çayına buraxılan suyun da həcmi artırılıb.

Mingəçevir su anbarından Kür çayına saniyədə 360 kubmetr su buraxılır ki, bu da anbardan aşağı hissədə Kür çayından qidalanan rayonlardakı əkin sahələrinin su təminatına müsbət təsir edir. Mingəçevir su anbarından aşağı hissədə Kür çayı üzərində 252 ədəd nasos stansiya yerləşir, bu da 13 rayonun əkin sahələrini suvarma suyu ilə təmin edir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png