ONN İnformasiya Agentliyi

Qəzaya düşən helikopterlə bağlı ŞOK FAKTLAR

Qəzaya düşən helikopterlə bağlı ŞOK FAKTLAR
20 May 2024 - 17:50

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı ABŞ-ın “Bell 212” helikopteri uçuş üçün yararsız olub.

ONN media xəbər verir ki, bu iddia ilə Almaniyanın “Bild” nəşrinin analitiki, özü də həvəskar pilot olan və kiçik təyyarələri idarə edən Yulian Repke çıxış edib.

O xatırladıb ki, “Bell 212” helikopterləri 1960-cı illərdə hazırlanıb. Yulian Repkenin sözlərinə görə, helikopter 1990-cı illərdə yenilənmiş olsa da, əlverişsiz hava şəraitində uçuş üçün yararsız olub.

“Əgər məlumatlar doğrudursa, Rəisi vizual uçuş qaydalarına açıq-aydın şəkildə uyğun gəlməyən hava şəraitində “Bell 212″ ilə uçub. Bu, sadəcə olaraq intihardır. Helikopter çətin hava şəraitində uçuşlar üçün yararsız olub”, – deyə Repke qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png