ONN İnformasiya Agentliyi

Türkiyədə milli matəm elan olundu

Türkiyədə milli matəm elan olundu
20 May 2024 - 21:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandakı axtarış əməliyyatından danışıb.

Dövlət başçısı Nazirlər Kabinetinin iclasından sonra açıqlama verərək, ölkəsində qardaş İran xalqı ilə həmrəylik əlaməti olaraq bir günlük matəm elan edildiyini bəyan edib.

“İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin həlak olduğu helikopter qəzasında PUA-ların əhəmiyyəti bir daha üzə çıxıb. “Bayraktar Akıncı” iranlı qardaşlarımızın xahişi ilə axtarış-xilasetmə əməliyyatlarında fəal iştirak edib. “Akıncı” çətin hava şəraitinə baxmayaraq, 2 100 kilometr uçub. Missiyasını uğurla başa vurduqdan sonra ölkəmizə qayıdıb”, – deyə Ərdoğan bəyan edib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png